Online ödəniş qaydaları.
Hörmətli DataPlus istifadəçiləri, sizlər üçün online ödəniş sistemindən istifadə qaydaları hazırlanmışdır. Birinci addımda online ödəniş edən zaman sizdən istifadəçi adının daxil olunması tələb olunacaqdır. Burada siz internetə qoşulan ev nömrənizi daxil edirsiniz. Abşeron rayonu ərazisində qoşulan abunəçiləri çıxmaq şərti ilə digər bütün abunəçilər nömrənin əvvəlinə “0” daxil olmaqla rayon kodunu əlavə etməlidirlər. Nömrəni daxil etdikdən sonra “Ödə” düyməsini sıxın.
Bundan sonra sizə təqdim olunan məlumatların düzgünlüyünü yoxlayın, kartınızın növünü seçin və “Ödə” düyməsini sıxın.
Daha sonra açılacaq səhifədə kartınızın üzərindəki məlumatları daxil edin. Məlumatları aşağıda göstərilən qaydada daxil edin. Ən sonda daxil etməli olduğunuz məlumat isə kartınızın CVC nömrəsidir. Bu nömrəni siz kartınızın arxasından oxuya bilərsiniz. Əgər kartınızda CVC kodu yoxdursa, onda bu xanaya heçbir məlumat daxil etməyin və boş saxlayın.
Daxil etdiyiniz məlumatları yoxlayın və “İrəli” düyməsini sıxın.
Əməliyyat tam içra olunduqdan sonra istəyinizə görə
ödənişi təsdiq edən sənədi çap edə və ya elektron
poçtunuza göndərə bilərsiniz.