Müqavilə şərtləri.I. Qeydiyyat blankında doldurduğunuz məlumatın doğruluğuna görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırsınız. II. Sorğunuzun qəbul olunduqdan sonra ən geci 3 (üç) ərzində cavablandırılacaqdır. 1. Müqavilənin predmeti Bu müqavilə «İstifadəçi»nin «Provayder»in şəbəkəsinə genişzolaqlı avadanlıqlar vasitəsi ilə qoşulmaqla internet xidmətindən istifadə etməsinə görə tərəflər arasında qarşılıqlı münasibətləri tənzimləyən sənəddir. 2.Tərəflərin öhdəlikləri 2.1 Provayder: 2.1.1 İstifadəçiyə seçdiyi tutuma uyğun olaraq genişzolaqlı şəbəkə üzərindən internet xidmətinin (səsin hər hansı formada ötürülməsi istisna olmaqla) göstərilməsini təmin etmək. 2.1.2.Müqavilə bağlandıqdan sonrakı 5 iş günü ərzində internetə qoşulma işini başa çatdırmaq və istifadəyə hazır vəziyyətə gətirmək. 2.1.3 Provayder hazırkı Müqavilənin şərtlərini və müəyyən edilmiş xidmətlərin dəyərini, öz tarif siyasətinə uyğun olaraq, 10 (on) iş günü qabaqcadan “www.dataplus.az” saytında yerləşdirməklə məlumatlandıraraq dəyişdirə bilər. Həmin müddət ərzində İstifadəçidən yazılı irad daxil olmadığı təqdirdə qeyd olunan dəyişikliklər İstifadəçi tərəfindən qəbul edilmiş hesab edilir və qüvvəyə minir. 2.2 İstifadəçi: 2.2.1 Qeydiyyat rekvizitləri dəyişdiyi halda 3 gün müddətində yazılı şəkildə Provayderə məlumat vermək. 2.2.2 Provayderin informasiya sistemindən istifadə etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Qanunvericiliyini pozmamaq. 2.2.3 Müəllif hüquqlarının pozulması hallarına görə Provayderin məsuliyyət daşımadığını qəbul edir. 2.2.4 İnternetdən əldə olunan məlumatların səhv və ya natamam olmasına görə Provayderin məsuliyyət daşımadığını qəbul edir. 2.2.5 Özünün texniki vasitələr kompleksində, proqram təminatında, elektrik qida qurğularında olan nasazlıqlar səbəbindən internet xidmətində baş verən gecikmələrə, fasilələrə, məlumatların itməsinə və s. hallara görə Provayderin məsuliyyət daşımadığını qəbul edir. 2.2.6 Özündə «kompyuter virusları» daşıyan hər hansı məlumatı və ya proqramı şəbəkəyə daxil etmir. 2.2.7 İP telefoniya xidmətini göstərmir. Standart və mümkün olan qeyri-standart səs portlarını bağlayır. Səs ötürən istifadəçilərin İP ünvanlarını Provayderə təqdim edir. 2.2.8 Müqavilə ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə görə maddi məsuliyyət daşıyır və bu öhdəliklərin icra olunmamasına görə Provayderə dəyən ziyanın (istifadə olunmuş xidmətin) haqqını ödəyir. 3.Xidmətə qoşulma və xidmətin dayandırılması qaydaları 3.1. Genişzolaqlı internet şəbəkəsinə qoşulma tərəflər arasında müqavilə imzalandıqdan sonra istifadəçinin son mil avadanlıqlarının yerləşdiyi məntəqədə provayderin nümayəndəsi tərəfindən yerinə yetirilir. 3.2. Xidmətdən istifadənin dayandırılması barədə İstifadəçi cari ayın 5-i tarixinədək Provayderi yazılı məlumatlandırmalıdır, 5-i tarixindən sonra müraciət etdikdə isə xidmətdən istifadə ayın sonunda dayandırılır və həmin ay üçün tam ödənilmiş olan aylıq xidmət haqqı İstifadəçiyə geri qaytarılmır. 3.3. Cari ayın son tarixinədək ödəniş olmadıqda müqavilə provaydr tərəfindən birtərəfli olaraq ləğv edilir və abunəçinin telefon nömrəsi provayderin şəbəkəsindən ayrılır.. 3.4. Xidmətdən istifadə zamanı İstifadəçinin səs ötürməsi və digər neqativ hallar aşkar olunduqda xidmətin göstərilməsi dərhal dayandırılır, müqaviləyə xitam verilir. 3.5 İnternet xidmətinin sürətininin dəyişdirilməsi, hər ayın 5 (beş)- i tarixinədək provayderə yazılı müraciət olunduqdan sonra mümkündür.
4.Tariflər və hesablaşma qaydaları 4.1. İnternet xidmətinin tarifləri Provayder tərəfindən müəyyən olunur və şirkətə məxsus saytda ətraflı göstərilir. Tariflər gələcəkdə yalnız Provayder tərəfindən dəyişdirilə bilər. 4.2. İnternet xidmətinə qoşulmaq üçün müştəri ilə müqavilə imzalanır ( onlain formatda müqavilə ola bilər) və aylıq xidmət haqqı seçdiyi sürətə uygun olaraq əvvəlcədən ödənilir. Tariflər haqda məlumatlar (tarif paketləri) www.dataplus.az saytında göstərilmişdir. 4.3 Xidmətə qoşulduqda abunəçi ilk ödəniş tarixindən 30 (otuz) gün müddətində xidmət aktiv olacaq. Ödənişi olmayan istifadəçilərə xidmət provayder tərəfindən dayandırılacaq. Abunəçilər banklar, bank kartları vasitəsilə (online ödəniş) və ya xüsusi ödəniş köşklərində abunə haqqını ödəyə bilərlər.Növbəti aylarda xidmətdən istufadə vaxtı abunəçinin son ödəniş tarixindən 30( otuz ) gün müddətinə uzadılır. 4.4 İnternet xidmətinin göstərilməsinin dayandırılması istifadəçini hər hansı səbəbdən ödənilməyən xidmət haqlarının tam ödənilməsi öhdəliyindən azad etmir. 5.Tərəflərin məsuliyyəti və mübahisələrin həlli 5.1. Abunəçinin (İstifadəçinin) telefon xəttinin keyfiyyətinə görə Provayder məsuliyyət daşımır. 5.2. Provayder xidmətin göstərilməsi üçün istifadə edilən və Provayderin məsuliyyət sahəsindən kənara çıxan avadanlıgın və əlaqə vasitələrinin texniki vəziyyəti və sazlığına gorə məsuliyyət daşımır. 5.3. Provayderin məsuliyyət sahəsi yalnız Provayderə məxsus olan avadanlıqla məhdudlaşır. 5.4. İnternet xidmətindən istifadə zamanı İstifadəçinin virtual məkanda öhdəliklərinə və hər hansı hərəkətlərinə (elektron biznes, virtual kazinolarda iştirak və s.) görə Provayder məsuliyyət daşımır. 5.5. İstifadəçinin telefon xəttində hər hansı bir başqa avadanlıqlar: telefon kanallarını sıxlaşdıran avadanlıq, qulaq asmadan müdafiə avadanlıqları, mühafizə və yanğın əleyhinə siqnalizasiya aparatları və s., həmçinin iki və daha artıq paralel telefon səbəkə avadanlıqları (telefon, faks və s.) quraşdırılmamalıdır. 5.6. İstifadəçinin telefon xəttinin texniki vəziyyəti saz və ADSL texnologiyalarının istismarı şərtlərinə uygun olmalıdır. Uygunsuzluq aşkar edildikdə mövcud çatışmazlıqların tamamilə aradan qaldırılması İstifadəçinin üzərinə düşür. 5.7. Müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranan mübahisə qarşılıqlı razılıq yolu ilə həll edilmədikdə mübahisə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmə orqanlarında həll edilir. 6.Fors-major 6.1 Tərəflərin öz iradələrindən asılı olmayaraq müqavilə ilə müəyyən olunmuş öhdəliklərini icra edə bilmədikləri hal fors-major halı hesab olunur (bütün növ fövqəladə hallar və s.). 6.2 Fors-major halında tərəflər bir-birlərini mümkün olan bütün üsullardan istifadə etməklə ən qısa vaxtda məlumatlandırırlar. 7.Müqavilənin müddəti və ləğvi 7.1 Müqavilə 1 (bir) il müddətinə bağlanılır və imzalandığı vaxtdan qüvvəyə minir. Müqavilənin müddətinin başa çatmasına 1(bir) ay qalmış tərəflərdən biri müqavilənin pozulması barədə müraciət etməzsə müqavilə eyni müddətə uzadılmış sayılır. 7.2 İstifadəçi müqavilə ilə nəzərdə tutulan öhdəliklərindən hər hansı birini yerinə yetirmədikdə Provayder müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir. 7.3 Tərəflərdən biri bir ay əvvəlcədən yazılı formada xəbərdarlıq etməklə müqaviləni ləğv edə bilər. |
|