Çap

Modeminizi xaker hücumlarından qoruyun!

Son bir ay ərzində sorğu xidmətinə genişzolaqlı ADSL internet istifadəçiləri tərəfindən çoxsaylı şikayətlər daxil olmaqdadır. Səbəb kimi xakerlər tərəfindən yazılmış mikro-proqram vasitəsilə şəbəkəyə qoşulmuş xüsusilə TP-Link və digər ADSL modemlərin şifrəsi (password) və DNS IP ünvanları avtomatik dəyişdirilərək istifadəçilərin internetə çıxışının məhdudlaşdırılmasıdır.

Xaker hücumlarının qarşısının alınması və aparat təminatının təhlükəsizliyini təmin etmək məqsədilə ADSL modemlər  web səhifəmizdə yerləşdirilmiş videodərslik təlimatına uyğun konfiqurasiya edilməlidir.