Müqavilə şərtləri.

I. Qeydiyyat blankında doldurduğunuz məlumatın doğruluğuna görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırsınız.

II. Sorğunuzun qəbul olunduqdan sonra ən geci 3 (üç) ərzində cavablandırılacaqdır.

1. Müqavilənin predmeti

Bu  müqavilə  «İstifadəçi»nin  «Provayder»in  şəbəkəsinə  genişzolaqlı   avadanlıqlar  vasitəsi ilə qoşulmaqla  internet  xidmətindən  istifadə  etməsinə  görə  tərəflər  arasında  qarşılıqlı  münasibətləri  tənzimləyən  sənəddir.

2.Tərəflərin  öhdəlikləri

2.1 Provayder:

2.1.1 İstifadəçiyə seçdiyi  tutuma  uyğun olaraq genişzolaqlı şəbəkə üzərindən internet xidmətinin (səsin hər hansı formada ötürülməsi istisna olmaqla) göstərilməsini təmin etmək.

2.1.2.Müqavilə bağlandıqdan sonrakı 5 iş günü ərzində internetə qoşulma işini başa çatdırmaq və istifadəyə hazır vəziyyətə gətirmək.

2.1.3 Provayder hazırkı Müqavilənin şərtlərini və  müəyyən edilmiş xidmətlərin dəyərini, öz tarif siyasətinə uyğun olaraq, 10 (on) iş günü qabaqcadan “www.dataplus.az” saytında yerləşdirməklə  məlumatlandıraraq  dəyişdirə bilər. Həmin müddət ərzində İstifadəçidən yazılı irad daxil olmadığı təqdirdə qeyd olunan dəyişikliklər İstifadəçi tərəfindən qəbul edilmiş hesab edilir və qüvvəyə  minir.

2.2    İstifadəçi:

2.2.1 Qeydiyyat rekvizitləri  dəyişdiyi halda 3 gün müddətində yazılı  şəkildə  Provayderə  məlumat  vermək.

2.2.2 Provayderin informasiya sistemindən istifadə etdiyi vaxt qüvvədə  olan  Azərbaycan Respublikasının Qanunvericiliyini pozmamaq.

2.2.3 Müəllif  hüquqlarının  pozulması  hallarına  görə  Provayderin  məsuliyyət  daşımadığını  qəbul  edir.

2.2.4 İnternetdən  əldə  olunan  məlumatların  səhv  və  ya  natamam  olmasına  görə  Provayderin  məsuliyyət  daşımadığını  qəbul  edir.

2.2.5 Özünün  texniki  vasitələr  kompleksində,  proqram  təminatında,  elektrik  qida  qurğularında  olan  nasazlıqlar  səbəbindən  internet  xidmətində  baş  verən  gecikmələrə,  fasilələrə,  məlumatların  itməsinə  və s.  hallara  görə  Provayderin  məsuliyyət  daşımadığını  qəbul  edir.

2.2.6 Özündə  «kompyuter  virusları»  daşıyan  hər  hansı  məlumatı  və  ya  proqramı   şəbəkəyə  daxil  etmir.

2.2.7 İP  telefoniya  xidmətini  göstərmir. Standart  və  mümkün  olan  qeyri-standart  səs  portlarını  bağlayır. Səs  ötürən  istifadəçilərin  İP  ünvanlarını  Provayderə  təqdim  edir.

2.2.8 Müqavilə  ilə  müəyyən  olunmuş  öhdəliklərin  yerinə  yetirilməsinə  görə  maddi  məsuliyyət  daşıyır  və  bu  öhdəliklərin  icra  olunmamasına  görə  Provayderə  dəyən  ziyanın (istifadə  olunmuş  xidmətin) haqqını  ödəyir.

3.Xidmətə  qoşulma  və  xidmətin  dayandırılması  qaydaları

3.1. Genişzolaqlı  internet  şəbəkəsinə  qoşulma tərəflər arasında müqavilə imzalandıqdan sonra istifadəçinin  son  mil  avadanlıqlarının  yerləşdiyi  məntəqədə provayderin  nümayəndəsi  tərəfindən  yerinə yetirilir.

3.2. Xidmətdən  istifadənin  dayandırılması  barədə  İstifadəçi cari ayın  5-i  tarixinədək  Provayderi yazılı məlumatlandırmalıdır, 5-i tarixindən  sonra  müraciət  etdikdə isə  xidmətdən  istifadə  ayın  sonunda  dayandırılır  və  həmin  ay  üçün  tam ödənilmiş olan aylıq  xidmət  haqqı İstifadəçiyə geri qaytarılmır.

3.3. Cari ayın son  tarixinədək ödəniş olmadıqda müqavilə provaydr tərəfindən birtərəfli olaraq  ləğv edilir və abunəçinin telefon nömrəsi provayderin şəbəkəsindən ayrılır..

3.4. Xidmətdən  istifadə  zamanı  İstifadəçinin  səs  ötürməsi və digər neqativ   hallar  aşkar  olunduqda  xidmətin  göstərilməsi  dərhal dayandırılır, müqaviləyə xitam verilir.

3.5 İnternet xidmətinin sürətininin dəyişdirilməsi, hər ayın 5 (beş)- i tarixinədək provayderə yazılı müraciət olunduqdan sonra mümkündür.

 

4.Tariflər  və  hesablaşma   qaydaları

4.1. İnternet xidmətinin  tarifləri  Provayder  tərəfindən  müəyyən  olunur  və  şirkətə məxsus saytda ətraflı göstərilir. Tariflər gələcəkdə  yalnız  Provayder  tərəfindən  dəyişdirilə  bilər.

4.2. İnternet xidmətinə qoşulmaq üçün müştəri ilə müqavilə imzalanır ( onlain formatda müqavilə ola bilər)  və   aylıq  xidmət  haqqı seçdiyi sürətə uygun olaraq  əvvəlcədən  ödənilir. Tariflər haqda məlumatlar (tarif paketləri) www.dataplus.az saytında göstərilmişdir.

4.3 Xidmətə  qoşulduqda abunəçi ilk ödəniş tarixindən 30 (otuz) gün müddətində xidmət aktiv olacaq. Ödənişi olmayan istifadəçilərə xidmət provayder tərəfindən dayandırılacaq. Abunəçilər banklar, bank  kartları vasitəsilə (online ödəniş) və ya xüsusi ödəniş köşklərində abunə haqqını ödəyə bilərlər.Növbəti aylarda xidmətdən istufadə vaxtı abunəçinin son ödəniş tarixindən 30( otuz ) gün müddətinə uzadılır.

4.4 İnternet xidmətinin  göstərilməsinin  dayandırılması  istifadəçini  hər  hansı  səbəbdən  ödənilməyən  xidmət  haqlarının tam ödənilməsi öhdəliyindən  azad  etmir.

5.Tərəflərin  məsuliyyəti  və  mübahisələrin  həlli

5.1. Abunəçinin (İstifadəçinin) telefon xəttinin keyfiyyətinə görə Provayder məsuliyyət daşımır.

5.2. Provayder xidmətin göstərilməsi üçün istifadə edilən və Provayderin məsuliyyət sahəsindən kənara çıxan avadanlıgın və əlaqə vasitələrinin texniki vəziyyəti və sazlığına gorə məsuliyyət daşımır.

5.3. Provayderin məsuliyyət sahəsi yalnız  Provayderə məxsus olan avadanlıqla məhdudlaşır.

5.4. İnternet   xidmətindən  istifadə  zamanı  İstifadəçinin  virtual  məkanda  öhdəliklərinə  və hər hansı hərəkətlərinə (elektron  biznes,  virtual  kazinolarda  iştirak  və s.) görə Provayder məsuliyyət  daşımır.

5.5.  İstifadəçinin telefon xəttində hər hansı bir başqa avadanlıqlar: telefon kanallarını sıxlaşdıran avadanlıq, qulaq asmadan müdafiə avadanlıqları, mühafizə və yanğın əleyhinə siqnalizasiya aparatları və s., həmçinin iki və daha artıq paralel telefon səbəkə avadanlıqları (telefon, faks və s.) quraşdırılmamalıdır.

5.6. İstifadəçinin telefon xəttinin texniki vəziyyəti saz və ADSL texnologiyalarının istismarı şərtlərinə uygun olmalıdır. Uygunsuzluq aşkar edildikdə  mövcud çatışmazlıqların tamamilə aradan qaldırılması İstifadəçinin üzərinə düşür.

5.7. Müqavilənin   icrası   ilə   əlaqədar   tərəflər   arasında   yaranan   mübahisə  qarşılıqlı   razılıq   yolu ilə  həll  edilmədikdə  mübahisə Azərbaycan  Respublikasının   mövcud qanunvericiliyinə uyğun olaraq Azərbaycan  Respublikasının   məhkəmə   orqanlarında həll  edilir.

6.Fors-major

6.1 Tərəflərin  öz  iradələrindən  asılı  olmayaraq  müqavilə  ilə  müəyyən  olunmuş  öhdəliklərini   icra  edə  bilmədikləri  hal  fors-major  halı  hesab  olunur (bütün  növ  fövqəladə  hallar  və s.).

6.2 Fors-major  halında  tərəflər  bir-birlərini  mümkün  olan   bütün  üsullardan   istifadə  etməklə  ən  qısa  vaxtda  məlumatlandırırlar.

7.Müqavilənin  müddəti  və  ləğvi

7.1 Müqavilə 1 (bir) il müddətinə bağlanılır və  imzalandığı vaxtdan   qüvvəyə  minir. Müqavilənin müddətinin başa çatmasına 1(bir) ay qalmış tərəflərdən biri müqavilənin pozulması barədə müraciət etməzsə müqavilə eyni müddətə uzadılmış  sayılır.

7.2 İstifadəçi  müqavilə  ilə  nəzərdə  tutulan  öhdəliklərindən  hər  hansı  birini   yerinə  yetirmədikdə  Provayder  müqaviləni  birtərəfli  qaydada  ləğv  etmək  hüququna  malikdir.

7.3 Tərəflərdən  biri  bir  ay  əvvəlcədən  yazılı  formada  xəbərdarlıq  etməklə  müqaviləni  ləğv edə  bilər.


( * ) - la işarələnmiş xanalar mütləq doldurulmalıdır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Zəhmət olmasa təhlükəsizlik kodunu daxil edin.:
...