Haqqımızda Xəbərlər Xidmətlər Əhatə dairəsi Əlaqə  
 
 


İstifadəçi adı



Parol






Bizimlə Əlaqə
Bizimlə Əlaqə

•    Hava    •


•    Əlaqə    •

Tel: (99412) 3434911
Tel: (99412) 3434912
E-mail: info@dataplus.az







Copyright © 2009 - 2010 Data Plus MMC.
All Rights Reserved.

Xəbər başlıqları



  • Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün ən vacib şərtdir - AŞ PA-nın sədri
    Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün ən vacib şərt Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsidir, AŞ PA-nın sədri Mövlud Çavuşoğlu şənbə günü İsveçin Göteborq şəhərində "Avropa Birliyində Türkiyənin rolu" adlı konfrans zamanı çıxış edərkən deyib. Məlumatı Hürriyət qəzeti ...

  • Ağstafa rayonunda avtobus qəzaya uğrayıb, Türkiyə vətandaşı həlak olub
    Ağstafa rayonu ərazisində İstanbul-Bakı reysi ilə hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlqələr şöbəsinin rəisi Kamran Əliyev şənbə günü Trend-ə bildirib. Qəza nəticəsində Türkiyə vətandaşı olan avtobus sürücüsü həlak olub. Sürücü ...

  • Heydər Əliyev Fondunun Ulyanovsklu uşaqlara hədiyyəsi Rusiya KIV-lərində böyük əks-səda doğurub
    Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbin Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək istifadəyə verilməsi Rusiya KİV-lərində geniş işıqlandırılmışdır. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb. Mətbuatda bu əlamətdar hadisə ilə əlaqədar silsilə materiallar dərc olunmuşdur. Rusiyanın "İzvestiya", "Nezavisimaya qazeta" ...

  • Rusiya Federasiyası Prezidentinin bəyanatı Rusiyanın qərəzsiz mövqeyinin sübutudur – Azərbaycanın hakim partiyasının sədr müavini
    Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin bəyanatı Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olan Rusiyanın qərəzsiz mövqeyinin sübutudur. Bu barədə jurnalistlərə şənbə günü hakim partiya "Yeni Azərbaycan"nın sədrinin müavini Əli Əhmədov deyib. "Biz Medvedevin Bakıda səsləndirdiyi bəyanatların səmimiliyinə ...

  • Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində silahlı insidentin baş verməsi təsdiqlənib, iki itki var(YENİLƏNİB)
    Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünən gecə saatlarında erməni hərbçiləri cəbhənin Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinə qarşı qəfil hücuma keçib. Döyüş təmas xəttində daha gərgin şəkil alıb. Atışma zamanı iki hərbi qulluqçumuz - ...

  • Avropa vaxt və qaz itirir – Trendin icmalçısı
    Seymur Əliyev, Trend Capital agentliyinin direktor müavini Həmişə inkişaf etmiş neft sənayesilə tanınmış Azərbaycan son dörd il ərzində bu günkü reallaqlarda neft və neft məhsulalrından heç də az önəmli olmayan qaz ixracı məsələlərində öz mövqeyini daha da gücləndirir. Bu faktın ...

  • Azərbaycan paytaxtında Türkiyə vətəndaşı qarət edilib
    Azərbaycan paytaxtında Türkiyə vətəndaşı qarət edilib. Xətai Rayon Polis İdarəsindən şənbə günü Trend-ə verilən məlumata görə, rayonun Telnov küçəsində yerləşən kafedə Türkiyə vətəndaşı, 1969-cu il təvəllüdlü Özman Habil Şaban oğlunun 1 200 dollar pulu masanın üstündə olarkən naməlum şəxs tərəfindən ...

  • Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu artmalıdır – Azərbaycan Parlamentinin vitse-spikeri
    ATƏT-in Minsk qrupunun həmsədri və SSRİ-nin hüquqi varisi kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində rolu artmalıdır. Bu barədə şənbə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib. Rusiya Prezidenti Dmitri Medvedev sentyabrın 2-3-də Azərbaycanda rəsmi səfərdə olub. Əsgərovun sözlərinə görə, ...

  • Bu gün Day.Az xəbər portalının yeddi yaşı tamam olur
    Bu gün Day.Az xəbər portalının yaradılmasından yeddi il ötür. Mövcud olduğu dövr ərzində Day.Az Azərbaycanın ən məşhur və nüfuzlu KİV şəbəkəsinə çevrilib. Day.Az dövlət və beynəlxalq miqyaslı hadisələrlə bağlı xəbərlərin dərindən işlənərək operativ verilməsi kimi bir neçə vəzifəni eyni vaxtda ...

  • Bakının Dövlət Bayrağı Meydanında partlayıcı qurğunun aşkarlandığı barədə məlumat daxil olub
    Bakıda yerləşən Dövlət Bayrağı Meydanında partlayıcı qurğunun aşkarlanması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytının şənbə günü yaydığı məlumata görə, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri dərhal lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti orqanlar məlumatlandırılıb. Hadisə ...

  • Azərbaycanın Xocavənd rayonu ərazisində mina partlaması nəticəsində bir nəfər xəsarət alıb
    Azərbaycanın Xocavənd rayonu ərazisində Neftçala sakini minaya düşməsi nəticəsində xəsarət alıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şənbə günü yaydığı məlumata görə, sentyabrın 3-də saat 15:30 radələrində Xocavənd rayonunun "Nərgiz-təpə" adlanan ərazisində, Neftçala rayon sakini Əli Mirzəyev "MTZ-1221" markalı traktorla topraq ...

  • İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır – XİN başçısı
    İran Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etməyə çağırır. Bu barədə İran XİN başçısı Mənuçöhr Möttəki "PanARMENIAN.Net" saytına müsahibəsində bildirib. "Tehranın Dağlıq Qarabağla bağlı rəsmi mövqeyhi belədir: İran münaqişə tərəflərini iradə nümayiş etdirməyə və bu problemi ...

  • BMT-də Azərbaycanın işğal olunmuş ərazilərinə dair sənədin qəbulu Ermənistanı bir daha düşünməyə vadar edəcək - birinci vitse-spiker
    Azərbaycanın işğal olunmuş ərazilərinə dair sənədin BMT-də qəbul olunması Ermənistanı çətin vəziyyətə salacaq, - Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycanın birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib. "Əminəm ki, Azərbaycanın haqq işi yenə qalib gələcək. Yəni, ən azından, Azərbaycan BMT-də ...